Gürcüstanda Nəsiminin 650 illiyinə həsr olunan tədbir

 

Azərbaycanın dahi şair mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan daha bir tədbir ölkəmizin Gürcüstandakı səfirliyində keçirilib.

Tədbirdə paytaxt Tbilisi ilə yanaşı, Rustavi Marneuli şəhərlərindən, Qardabani, Bolnisi, Kaspi rayonlarından gəlmiş ziyalılar, tələbələr iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək şairin yaradıcılığından danışıb. Bildirib ki, “Nəsimi iliçərçivəsində təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində silsilə tədbirlər keçirilir.

Sonra Nəsiminin 650 illiyinə həsr olunanMəndə sığar iki cahanadlı videoçarx nümayiş etdirilib.

Professor Mahmud Hacıxəlilov Nəsiminin həyat yaradıcılığının müxtəlif dövrləri barədə məruzə ilə çıxış edib. Bildirib ki, Nəsimi Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük mütəfəkkirdir.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, yazıçı-publisist Əli Abbas, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Akif Xansultanlı, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və başqaları çıxış edərək böyük şairin yaradıcılığı, ictimai fikir tarixində rolu barədə fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.8.