Qazaxıstan telekanalında ölkəmizlə bağlı veriliş

 

 

 

Qazaxıstanın “Atameken BusinessTVteleviziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb. “Sultanlar qürbətdə” adlı verilişdə Azərbaycan xalqının qonaqpərvərliyindən, mehriban dostluq münasibətlərindən bəhs olunub.

Azərbaycan və Qazaxıstan dostluq münasibətlərinin, ortaq dəyərlərinin qeyd edildiyi verilişdə Azərbaycan mətbəxindən, ölkədə kiçikorta sahibkarlığa dəstəkdən, turizmin inkişafından ətraflı danışılıb, Bakının görməli yerlərindən bəhs olunub.

Həmçinin Bakı axşamlarının əsrarəngiz gözəlliyi, qədim sənaye və mədəniyyət mərkəzi sayılan Bakının AsiyaAvropa ilə qovşağında yerləşdiyi və dünyanın ən gözəl şəhərlərindən biri olduğu vurğulanıb. Azərbaycan paytaxtının dünya miqyaslı hadisələrin mərkəzinə çevrildiyi, məhz burada UNESCO-nun irs siyahısına daxil olan memarlıq obyektləri və Xəzərin ən iri limanının olduğu qeyd edilib.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.8.