Elmi-nəzəri konfrans

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Konfransda BMA-nın kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Nəsimi yaradıcılığında hürufilik”, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin “Nəsimi – əruz vəznində musiqi və rəqs”, dosent Mehriban Cavadovanın “Nəsimi yaradıcılığında kamil insan”, müəllim İlkinə Eminovanın “Nəsiminin həyat və yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

Nəsiminin qəzəlləri üstündə musiqi parçaları səslənib.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.4.