Qarabağın sənət havası

 

 

Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” telekanalının dəstəyi ilə dekabrın 24-də bədii-musiqili tədbir keçirilib.

Tədbirdə bu gün milli mədəniyyətimizin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı imzaladığı dövlət proqramları uğurla icra edilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir.

Bədii-musiqili tədbirin məqsədi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət təmsilçiləri, Qarabağ müharibəsinin qəhrəmanları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Gecədə Qarabağ muğam məktəbi yetirmələrinin konsert proqramı təqdim olunub.

Tədbir iştirakçıları doğma Qarabağın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.4.