3 almanın təşkilatçılığı ilə

 

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan 3 almanın təşkilatçılığı ilə paytaxtdakı Avropa Azərbaycan Məktəbində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib.

Tədbirdə yazıçının övladları Elçin və Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə iştirak edib. Tədbir boyu İsmayıl Şıxlı yaradıcılığına aid videoreportajlar, Dəli Kür filmindən fraqmentlər nümayiş etdirilib, yazıçı və onun əsərləri barədə ətraflı məlumat verilib. Qeyd edək ki, yubiley ili çərçivəsində 3 alma tərəfindən yazıçının cəbhə xatirələri və hekayələrindən ibarət Məni itirməyin adlı kitabı çap edilib.

Tədbirdə bir sıra intellektual oyunlarda sualların müəllifi və uşaq yazıçısı Mürşüd İsmayılzadə maraqlı və düşündürücü suallarla şagirdlərin dünyagörüşünü yoxlayıb. Suallara düzgün cavab verənlər 3 alma tərəfindən kitablarla mükafatlandırılıb.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.7.