“Mədəniyyət.AZ” jurnalının “Nəsimi 650” xüsusi buraxılışı

 

 

“Mədəniyyət.AZ” jurnalının dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.

Jurnal ümummilli lider Heydər Əliyevin 1970-ci ildə Suriyaya səfəri zamanı Nəsiminin uyuduğu məkanı ziyarət etməsi, şairin 600 illiyinin keçirilməsi ilə bağlı yazı, eləcə də Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ilielan olunması və şairin 650 illik yubileyi barədə müvafiq sərəncamları ilə açılır. 1973-cü ildə UNESCO-nunCourier” nəşrində Vaqif Aslanov imzası ilə dərc olunmuş məqalə də diqqətə çatdırılır.

Xüsusi buraxılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu il ikinci dəfə keçirilən Nəsimi – şeir, sənət və mənəviyyat Festivalının əhəmiyyətindən bəhs olunur, ölməz şairin Azərbaycandan və xarici ölkələrdən olan tədqiqatçılarının müxtəlif səpkili araşdırma yazılarına və müsahibələrinə yer verilib.

Jurnalın bu sayında eyni zamanda ədəbiyyatımızda və incəsənətimizdə Nəsimi mövzusuna işıq salınıb.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.8.