Milli Kitabxanada yubiley sərgiləri

 

 

 

Yanvarın 31-də Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucu rəhbəri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə geniş kitab sərgisi açılıb.

Sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunub.

Kitabxanada həmçinin Əməkdar incəsənət xadimi, şair Əli Tudənin (Əli Qulu oğlu Cavadzadə) anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi təşkil edilib.

Sərgidə şairin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları yer alıb.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.3.