Gənclər gününə həsr olunmuş dəyirmi masa

 

 

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Azərbaycan gəncliyi: gənclik və tərəqqi” mövzusunda dəyirmi masa keçirilib.

Gənclər günü münasibətilə təşkil olunan tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri Aynur İsmayılova, Ağalar Ağammədov, Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtaleh Ağazadə, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Şükufə Əsgərova və fəal gənclər çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıblar.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.3.