Festival çərçivəsində ustad dərsi

 

 

 

İtaliya-Azərbaycan Beynəlxalq film festivalı çərçivəsində “The Landmarkda ustad dərsi keçirilib. Tədbir Venesiyanın Ca Foscari Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə təşkil edilib.

Festivalın prezidenti, tanınmış aktyor Remo Girone, bədii direktoru, rejissor Klaudio Rossi Massimi, “İmago Groupfilm istehsalı şirkətinin rəhbəri Lucia Macaleaktyor Viktoriya Zinni iştirakçılara İtaliya kinematoqrafiyası barədə danışıblar. Həmçinin Ca Foscari Universitetinin kinematoqrafiya fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub.

Sonra Ca Foscari Universiteti tələbələrinin hazırladığı qısa filmlər nümayiş edilib.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.3.