Gənclər günü ilə əlaqədar tədbir keçirilib

 

 

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan gəncliyi: vəzifələr, hüquqlarmövzusunda tədbir keçirilib.

2 fevral – Gənclər günü münasibətilə təşkil olunan tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, muzeyin direktoru Pakizə Mehdiyeva, digər çıxış edənlər ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıblar. Bildirilib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub.

Tədbirdə Azərbaycan gəncliyindən bəhs edən film nümayiş olunub. Gənclər musiqi nömrələri ifa edib, vətənpərvərlik şeirləri səsləndiriblər.

Konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə mükafatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.4.