Şəki Dövlət Rəsm Qalereyasında sərgi

 

 

 

Şəki Dövlət Rəsm Qalereyasında 2 fevral – Gənclər günü münasibətilə “Gənclər bizim sabahımızdır” adlı sərgi açılıb. Sərgidə gənc rəssam Elxan Kərimovun 30-dan çox rəsmi və taxtadan hazırladığı Xan sarayının maketi nümayiş etdirilib.

Şəki “Sənətkarlar evi”ndə yerləşən emalatxanasında fəaliyyət göstərən Elxan Kərimov müxtəlif mövzularda işləyir, əsərlərində daha çox peyzajnatürmort janrına üstünlük verir. Bir sıra festival və müsabiqələrdə iştirak edərək diplom və fəxri fərmanlarla təltif olunub.

Sərgi Şəki Pedaqoji İnstitutunun, Regional Kollecin, Texniki KollecinTibb Kollecinin tələbə kollektivləri tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.6.