Gənc şairlə görüş

 

 

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində istedadlı gənc yazar Fərid Sadıqovla görüş keçirilib.

Tariximizə, ədəbiyyatımıza böyük marağı olan Fərid bir çox mövzularda qələmini sınayıb. OnunTürk oğlu”, “Şəhidim”, “Zəmanə”, “Tər gül”, “A dağlar” və s. şeirləri ahəngdarlığı, tarixi əhatə baxımından maraqlı poetik nümunələrdir. O, həmçinin Mikayıl Müşfiqin 110 illiyinə şeir yazıb. Şeirlərindən ibarət kitabını hazırlamaq üçün böyük səylə çalışır.

Görüşdə gənc şairin yaradıcılığından söz açılıb, məktəblilərin ifasında şeirləri səslənib.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.6.