Uşaq kitabxanasında görüş

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənclər günü münasibətilə “Gənclər gələcəyimizin qurucularıdır” adlı tədbir təşkil edilib.

Kitabxananın direktoru Şəhla Qəmbərova əlamətdar günün tarixi barədə danışıb. Tədbirin qonaqları – şairə, tərcüməçi jurnalist Xanım Aydın, gənc yazar Fərid Hüseyn və başqaları gördükləri işlər və qazandıqları nailiyyətlər barədə söz açıblar.

Tədbirdə bir neçə gənc rəssamın rəsm əsərləri nümayiş olunub. Gənclərin ifasında Nəsiminin, Füzulinin yaradıcılığından qəzəllər, Cəfər Cabbarlının “Anaşeiri, musiqilər səslənib.

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.4.