Qara Qarayevin musiqiləri Fransanın “Mezzo” kanalında

 

 

 

Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqiləri onun ad günündə Fransanın “Mezzo” telekanalında səsləndirilib.

“Les Films de la Decouverteşirkətinin görkəmli bəstəkarımıza həsr edilmiş musiqili sənədli filmi Fransanın radio televiziya kanallarında müntəzəm olaraq yayımlanır. Avropalı musiqisevərlərin marağına səbəb olan film Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə çəkilib.

Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində hazırlanan filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzluReine Elizabeth Concoursmüsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını 24 prelüdünü səsləndirib.

Qeyd edək ki, fevralın 5-də efirə gedən film fevralın 13-də, 15-də, 19-da və 21-də kanalda təkrar yayımlanacaq. Klassik musiqi, caz, musiqi folklorubalet sənəti üzrə ixtisaslaşmış “Mezzo” kanalı 1992-ci ildən fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.4.