Azərbaycan musiqiçiləri Moskva Dövlət Konservatoriyasında

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası rəhbərliyinin birgə təşəbbüsü təşkilatçılığı ilə 2018-ci ildə Rusiya paytaxtında musiqiçilərimizin iştirakı ilə silsilə konsertlər keçirilib.

2018-ci ilin 16 noyabr tarixində Moskva Dövlət Konservatoriyasının zalında tanınmış pianoçu, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın, dekabrın 17-də Raxmaninov zalında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti Fəridə Məmmədova konsertmeyster Yuliya Kərimovanın iştirakı ilə konsertlər olub.

Dekabrın 18-də Raxmaninov zalında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin 100 Azərbaycanın Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil edilib. Konsertlərdə Azərbaycan bəstəkarları ilə yanaşı, xarici ölkələrin bəstəkarlarının da əsərləri səslənib rusiyalı tamaşaçıların böyük marağına səbəb olub.

Azərbaycan musiqiçiləri Moskva Dövlət Konservatoriyasının kamera zallarındasilsiləsinin davamı olaraq 2019-cu ildə konsert proqramları nəzərdə tutulub.

Fevralın 16-da Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, professor, Türkiyədə yaşayan həmyerlimiz Gülşən Ənnağıyevanın iştirakı iləİbarələr” (“Ôðàçû”) adlı fortepiano musiqisi axşamı keçiriləcək.

Konsertdə Gülşən Ənnağıyevanın ifasında Edison Denisov, Olivye Messian, Viktor Yekimovski, Nazim Mirişli, Yuri Vorontsov, Klod Debüssi və Fərəc Qarayevin əsərləri səslənəcək.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.2.