Monteneqroda tarix mədəni irsimizin təbliği

 

 

 

Azərbaycan-Monteneqro Mədəni İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə bu ölkənin dövlət radiosununMozaikaMədəniyyətin gücüverilişlərinin qonağı olub.

O, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, ədəbiyyatı, musiqisi, xalçaçılıq sənəti, memarlığına dair sualları cavablandırıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, eləcə Azərbaycan ilə Monteneqro arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı haqqında bəhs olunub. Verilişlərdə Müslüm Maqomayevin, Alim Qasımovun, Əlixan Səmədovun ifalarında musiqilər səsləndirilib.

Mərkəzin yeni layihəsi çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı, yaradıcılığı haqqında Monteneqro dilində silsilə məqalələrin yayılmasına başlanılıb. “Azərbaycan zəngin mədəni irsi olan ölkədir” və “Bəxtiyar Vahabzadə - Azərbaycanın azadlıq şairi” adlı məqalələr Monteneqronun avlija.me xəbər portalında dərc edilib. Növbəti məqalələr Podqoritsa şəhərində büstü ucaldılmış görkəmli şair, dramaturq Hüseyn Caviddahi mütəfəkkir Nizami Gəncəviyə həsr olunub.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.3.