Niyazinin mənzil-muzeyində tanınmış violonçel ifaçısı ilə görüş

 

 

Fevralın 5-də Niyazinin mənzil-muzeyində violonçel ifaçısı, Xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rafiq Babayev adına 25 nömrəli Uşaq musiqi məktəbinin direktoru Əmirhüseyn Hüseynov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova, Xalq artisti, bəstəkar Azər Dadaşov, Əməkdar artist, skripka ifaçısı Leonid Barştakmuzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıblar.

Eldar İsgəndərov iştirakçıların suallarını cavablandırıb, yaradıcılıq planları haqqında məlumat verib.

Tədbir 25 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin, məktəbin kamera ansamblı, violonçel ansamblı və kiçik simfonik orkestrinin ifasında təqdim olunan konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.5.