Çinarə Əlizadə Polşa teatrında çıxış edib

 

 

 

Varşava Böyük Teatrı və Milli Operasında (Teatr WielkiOpera Narodowa) Aleksandr Dümanın “Kameliyalı qadın” adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında hazırlanmış balet nümayiş edilib.

Ölkəmizin Polşadakı səfirliyindən bildirilib ki, səhnə əsərində Marqarita obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə canlandırıb. Həmyerlimizin çıxışı maraqla qarşılanıb. Səhnə əsərini Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da izləyib.

Qeyd edək ki, Çinarə Əlizadə, eyni zamanda Polşa Milli Baletinin birinci solistidir.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.8.