Rusiya xarici jurnalistlərin gözü ilə

 

 

 

Rusiya İnformasiya Mədəniyyət Mərkəzində Azərbaycan jurnalistləri Zaur Babayevin Fərhad NuriyevinRusiya xarici jurnalistlərin gözü iləkitabının təqdimatı olub.

RossotrudniçestvoAgentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov müəllifləri təqdim edib. Bildirib ki, kitabda SSRİ dağılandan sonra Rusiya ilə Azərbaycan arasında siyasi-hüquqi, ticari-iqtisadi, mədəni humanitar münasibətlərin inkişafı müasir vəziyyəti kompleks tədqiq edilib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti, müasir jurnalistikanın nəzəriyyəsinə təcrübəsinə dair 30-dan çox kitabın müəllifi Zaur Babayev beynəlxalq münasibətlərdən yazan Fərhad Nuriyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan kitabın hazırlanmasından bəhs ediblər.

RF-nin Azərbaycandakı səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Miniatür Kitab Muzeyinin təsisçisi, Əməkdar mədəniyyət xadimi Zərifə Salahova, BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli başqaları ali məktəblərdə beynəlxalq münasibətlərin öyrənilməsi üçün nəzərdə tutulan bu nəşrin əhəmiyyətindən danışıblar.

Kitabın elmi redaktoru, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədlidir.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.7.