Növbəti Buktreyler festivalına start verilib

 

 

 

Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin  dəstəyi ilə keçirilən Buktreyler festivalının növbəti, sayca 4-cü mövsümünə start verilib. Buktreylerkitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) qısa filmdir.

2016-cı ildə əsası qoyulan festivalın məqsədi kitaba mütaliəyə marağın artırılması, film sənayesində yeni istedadların müəyyən edilməsidir.

Festivalın təsisçisi R.Sabirli bildirib ki, 2 fevralGənclər günündən elan olunan festivala, ənənəvi olaraq 23 apreldəDünya kitab müəllif hüquqları günündə yekun vurulacaq.

Mədəniyyət Nazirliyi ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası festivala dəstək verir. Əsas tərəfdaşAzercellmobil operator şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən ya www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar.

Həmçinin, bütün suallarla bağlı e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az

Buktreylerlərin son qəbul tarixi: 1 aprel 2019-cu il.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.7.