“Nənə-baba və baldan şirin nəvələr

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral – Beynəlxalq nənələr və babalar günü münasibətilə “Nənə-baba və baldan şirin nəvələr” adlı tədbir keçirilib.

Tədbirdə balaca oxucular milli-mənəvi dəyərləri, məişət əşyalarını özündə əks etdirən sərgi-guşə ilə tanış olub, “Qoğalrus nağılı əsasında hazırlanan kukla tamaşası, “Nənə-babalarımızı niyə sevirik?” adlı videofilm izləyiblər.

Tədbir uşaqların təqdim etdiyi şən mahnılar, tapmacalar, rəqslər və kompozisiyalarla davam edib.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.2.