Milli Qəhrəmana həsr olunmuş sərgilər

 

 

Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 3 saylı məktəb-liseydə, rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi isə H.Babayev adına 1 saylı şəhər tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş tədbir keçiriblər.

Tədbirlərdə iştirakçılar Milli Qəhrəman M.İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar.

Mərkəzin direktoru Mehriban Abbasova, kitabxananın şöbə müdiri N.Qasımova, müəllimlər A.Quliyev, S.Babayeva və X.Mirzəyeva çıxışlarında gənclərdə vətənpərvərlik hislərinin artırılmasında Milli Qəhrəmanların həyat yolunun təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar.

* * *

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə R.Bədirov adına Biləsuvar Rayon Dövlət Rəsm Qalereyasında Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə sərgi keçirilib. “Biləsuvarın Mübarizi və mübarizləri” adlı sərginin təşkilində NeftçalaSalyan rayonlarının rəsm qalereyaları da iştirak edib. Nümayiş etdirilən dekorativ-tətbiqi sənət nümunələri və rəsmlərin müəlliflərinə regional idarənin fəxri fərmanları təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.7.