Moskvada tanınmış rejissorların yaradıcılıq gecəsi

 

 

 

Moskvanın Mərkəzi Kino Evində Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, kinorejissor Tofiq ŞahverdiyevY.Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrının bədii rəhbəri Rimas Tuminasın yaradıcılıq gecəsi keçirilib.

Azərbaycanın və Litvanın Rusiyadakı səfirliklərinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Tofiq Şahverdiyevin teatr rejissoru Rimas Tuminasa həsr edilmişBizim bütün həyatımız oyundur” adlı sənədli filminin premyerası olub.

Gecədə çıxış edən Litva səfiri Remiqiyus Motuzas qeyd edib ki, Azərbaycan səfirliyi ilə birlikdə iki xalqın tanınmış mədəniyyət xadimlərinin yaradıcılıq gecəsinin keçirilməsi əlamətdar hadisədir. O, Rimas Tuminasın səhnələşdirdiyi tamaşaların həm Rusiyada, həm də Litvada sevilərək baxıldığını deyib.

Litva ilə Azərbaycan arasında sıx mədəni əlaqələrdən danışan diplomat deyib: “Bəlkə də bura toplaşanların bəziləri bilmirlər ki, Litva ədəbiyyatının klassiklərindən biri olan yazıçı Vinsas Kreve Mitskyavicus ən məşhur əsərlərini Bakıda yazıb. O, Bakıda gimnaziyada rus dilindən dərs deyib. 1919-cu ildə Litvanın Bakıdakı konsulu təyin edilib, Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib”.

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Nigar Axundova səfir Polad Bülbüloğlunun tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, rejissor Tofiq Şahverdiyevin filmi görkəmli rejissor Rimas Tuminasın adı ilə bağlı qeyri-adi fenomeni kəşf etməyə imkan verir.

Film haqqında danışan T.Şahverdiyev deyib ki, rejissor Rimas Tuminasın Pyotr ÇaykovskininQaratoxmaq qadın” operası üzərində işləməsi mənim diqqətimi cəlb etdionun Böyük Teatrda bu məşhur əsəri səhnələşdirməsi prosesini lentə almaq, bu yaradıcı insanın özünəməxsusluğunu tamaşaçılara çatdırmaq qərarına gəldim.

T.Şahverdiyev ötən il Prezident İlham Əliyevin sərəncamı ilə ona “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının verilməsindən qürur duyduğunu vurğulayıb, yaradıcılığına verilən yüksək dəyərə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbir çərçivəsində Tofiq Şahverdiyevin foto işlərindən ibarət sərgi də təşkil olunub.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.8.