Ey dan ulduzu...”

 

Monoloq müsabiqəsi

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası  böyük ədib, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsi elan edir.

Müsabiqədə 12-16 yaş həddində olan yeniyetmələr iştirak edə bilər. Müsabiqə 20 fevral 2019-cu ildən – 1 aprel 2019-cu ilədək davam edəcək və 3 turdan ibarət olacaq.

İştirak etmək istəyənlər F.Köçərli adına Respublika Uşaq Kitabxanasında qeydiyyatdan keçməlidir.

Əlaqə telefonu: (99412)597 08 79

E-mail: www.clb.az; info@clb.az

Müsabiqə ilə bağlı əlavə məlumatları kitabxananın www.clb.az saytından, facebook, instagram səhifələrindən əldə etmək olar.

Müsabiqənin yekun mərhələsi 3 aprel 2019-cu il tarixində Respublika Uşaq Kitabxanasında keçiriləcək.

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.7.