Mədəniyyət mərkəzində yubiley sərgiləri

 

 

 

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Nəsimi – 650” adlı rəsm sərgisi açılıb.

Mərkəzdən bildirilib ki, sərgi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Mərkəzin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri tərəfindən Nəsimini təsvir edən rəsmlər, şairin müxtəlif illərdə çap olunmuş qəzəlləri, habelə 1973-cü ildə nəşr olunmuş farsca divanı, şairin həyat və yaradıcılığını işıqlandıran müxtəlif nəşrlər sərgilənir.

Mərkəzdə, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə yubileyləri keçiriləcək ədiblərlə bağlı sərgi tərtib edilib. Sərgidə Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, İsmayıl Şıxlının ayrı-ayrı illərdə çap olunmuş əsərləri və onların həyat və yaradıcılığına aid fotoşəkillər yer alır.

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.6.