Yeni film... “Sizə məktub var

 

 

 

C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında Mədəniyyət Nazirliyinin sifarişi iləSizə məktub varadlı qısametrajlı filmin çəkilişlərinə hazırlıq görülür. Melodram janrında olan film Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir. Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində aparılacaq.

Filmin quruluşçu rejissorussenari müəllifi Məzahir Həşimov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, quruluşçu rəssamı Əziz Məmmədovdur. Ekran əsərinin prodüseri Müşfiq Hətəmov, icraçı prodüseri Azər Quliyev, bədii rəhbəri Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Baş rolları Dəniz Tacəddin, Əli Əlizadə, Məhəmməd Əlili ifa edəcək.

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.8.