Uşaqların rənglər dünyası

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında “Uşaqların rənglər dünyası” adlı sərgi təşkil edilib.

Baş idarədən bildirilib ki, sərgidə 181 və 183 nömrəli tam orta məktəblərin şagirdləri Rəfiqə Məmmədzadə və Ceyhun Qasımzadənin rəsm əsərləri nümayiş olunub. Rəssamlar İttifaqının üzvü Elnarə İsgəndərova, kitabxananın müdiri Ofeliya Abdullayeva, 181 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova çıxış edərək ürək sözlərini bildirib, uşaqlara tövsiyələrini veriblər.

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.3.