Ana Vətən”

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayonu Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub.

Tədbirdən öncə foyedə Uşaq incəsənət məktəbinin rəsm sinfi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Məktəbin şagirdlərinin ifasında konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.3.