“Taleyimdən və ürəyimdən keçənlər”

 

 

 

Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyırlar.

Orxan Paşanın 2017-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Taleyimdən və ürəyimdən keçənlər” adlı kitabı bu günlərdə İranda nəşr olunub.

Aşıqlar Birliyindən bildirilib ki, “Əxtar” nəşriyyatında işıq üzü görən kitabı nəşrə Məcid Teymurifər (Səfa) hazırlayıb.

Kitabda müəllifin uzun illər ərzində taleyindən və ürəyindən keçən düşüncələri əks etdirən kiçik qeydləri toplanıb. Burada həyati müşahidələrdən irəli gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr yer alıb.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.4.