Bertold Brext Azərbaycan dilində...

   

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – alman dramaturqu, şair, nasirteatr nəzəriyyəçisi Bertold BrextinSeçilmiş əsərləri” işıq üzü görüb.

Kitaba dramaturqun dünyanın bir sıra teatrlarında tamaşaya qoyulmuş dörd məşhur pyesi – “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı”, “Üçquruşluq opera” və “O əsgər olmasın, bu əsgər olsun” əsərləri daxil edilib.

XX əsrin əvvəllərində Avropada teatr islahatçısı kimi tanınan Brextin başlıca yaradıcı ideyası – tamaşaçının romantik emosiyalarını “cilovlamaq”, onu real həqiqətlərə dayaqlanmayan duyğusal aləmdən ayırmaqdır. Yazıçı əsərlərində süni gərginlik yaradan qarşıdurmalardan imtina edir, dramatizmin sonqlar (nəğmələr) və parodiyalarla, birbaşa publisistik müdaxilələrlə təmin edilməsinə üstünlük verir.

Kitabın tərcüməçisi İlqar Əlifoğlu, redaktorları Salam Sarvan və Nəriman Əbdülrəhmanlıdır.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.6.