Kinorejissor Tofiq Tağızadənin xatirəsi anılacaq

 

 

 

Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Xatirə tədbirində sənətkarın həyat və yaradıcılığından söz açılacaq, milli kino sənətinin inkişafında xidmətlərindən bəhs olunacaq.

“ARB Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan (rejissor Yeganə Əbdülməmmədova) “Tofiq Tağızadə - 100” sənədli filmi nümayiş olunacaq.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.2.