Sonsuz kədər, bitməyən acı...

 

 

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 27 saylı məktəb-liseyin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, “Xocalı harayı” kompozisiyası ilə çıxış ediblər.

* * *

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbir təşkil edilib. Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin üzvləri tərəfindən hazırlanmış “Sən qalib gələcəksən” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

* * *

Quba rayon Heydər Əliyev Mərkəzi və Quba “ASAN Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi – qan yaddaşımızdır” adlı tədbir-kompozisiya keçirilib. Kompozisiya Quba “ASAN Xidmət” mərkəzinin könüllüləri tərəfindən hazırlanıb. Sonda “Xocalı” sənədli filmi nümayiş etdirilib.

* * *

Masallı rayonunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüş keçirilib.

Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzindəki Qəhrəmanlar parkında başa çatıb. Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı üzvlərinin ifasında faciəni özündə əks etdirən tamaşa nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.2.