Yurdumuza bahar gəlir”   

 

 

Uşaqlar üçün rəsm müsabiqəsi

 

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqlar üçün növbəti rəsm müsabiqəsi keçirilir.

Yurdumuza bahar gəlir” adlı müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər. Rəsmlərin son qeydiyyat tarixi martın 4-də bitəcək. Seçim iki yaş kateqoriyası üzrə (12 yaşadək və 12-17) aparılacaq. Müsabiqəyə qatılacaq uşaqlar ad və soyadlarını, təvəllüd və əlaqə nömrələrini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu üç 3 əl işinin fotosunu Xətai Sənət Mərkəzinin 051 310 74 01 nömrəsinə (WhatsApp) göndərməlidirlər.

Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.7.