Yurd dediyim bu torpaq

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı soyqırımına həsr edilmişYurd dediyim bu torpaq” adlı tədbir təşkil olunub.

Tədbirdə “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, şair, publisist Zülfüqar Şahsevənli, “Ulduz” jurnalının əməkdaşı Fərqanə Mehdiyeva iştirak ediblər.

Kitabxananın direktoru Şəhla Qəmbərova Xocalı faciəsindən, bu faciənin dünyaya tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyasından bəhs edib.

Nizami rayon 272 saylı orta məktəbin şagirdlərinin ifasında şair, publisist Nəzakət Məmmədovanın Xocalı faciəsinə həsr etdiyi “Şəhid zirvəsi” poemasından kompozisiya təqdim olunub.

* * *

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən “Unudulmayan faciə, sağalmaz yara” adlı musiqili ədəbi-bədii gecədə kitabxananın direktoru Oruc Quliyev, 176 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva çıxış ediblər.

Sonra Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub. 176 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları “Xocalı harayı” kompozisiyası nümayiş olunub, Xocalı haqqında şeirlər səslənib.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.6.