Sessiya gedişində işgüzar görüşlər

 

UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edir.

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 2-də sessiyada iştirak edən Özbəkistan Respublikası Baş nazirinin müavini Aziz Abduhakimov ilə görüşdü.

Əbülfəs Qarayev qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizin mədəniyyətinin inkişafı və dünyada təbliği istiqamətdə dövlət səviyyəsində fəal aparılır.

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir bu mərkəzin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini dedi.

Aziz Abduhakimov Azərbaycana ilk dəfə səfər etdiyini bildirərək ölkəmizdə gördüklərindən məmnun qaldığını ifadə etdi: “Azərbaycan bizim üçün qardaş ölkədir. İki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mühiti var. Biz bu əməkdaşlıq səviyyəsini daha da inkişaf etdirə bilərik. O, cümlədən qarşılıqlı olaraq mədəniyyət sahəsində, xüsusilə də teatrmusiqi kollektivlərinin səfərlərini təşkil edə bilərik”.

 

***

İyulun 2-də nazir Əbülfəs Qarayev Şimali Makedoniyanın hökumət naziri Edmond Ademi ilə də görüşdü.

Əbülfəs Qarayev Şimali Makedoniyanın Dünya İrs Komitəsinin 43-cü sessiyasında fəal iştirak etdiyini vurğuladı. Nazir iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə geniş potensialın olduğunu diqqətə çatdırdı.

Edmond Ademi Azərbaycanın Dünya İrs Komitəsinin sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini dedi. Qonaq həmçinin Şimali Makedoniya ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESCO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirdi. Söylədi ki, ölkəsi bu sessiyadan da Şimali Makedoniya üçün uğurlu nəticələr gözləyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

***

Mədəniyyət naziri Əbülfəs Qarayevin Sent-KitsNevis Federasiyasının (Şimali Amerikada, Karib dənizində ada-dövlət) UNESCO yanında daimi nümayəndəsi Devid Doyl ilə görüşündə iki ölkə arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparıldı. Ölkəmizin dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı.

Devid Doyl Dünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı.

 

FARİZ

Mədəniyyət.- 2019.- 3 iyul. S.2.