Rus Dram Teatrının direktoru mükafatlandırılıb

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev 60 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib mükafatlandırılıb.

Ədalət Qasım oğlu Hacıyev 1959-cu il iyunun 29-da Bakıda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu  bitirib. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayıb, 1989-cu ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir. 1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

 

Mədəniyyət.- 2019.- 3 iyul. S. 6.