Qrammofonpoeziya gecəsi

 

İyulun 5-də UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası münasibətilə Səməd Vurğunun ev-muzeyində “Qrammofonpoeziya gecəsi keçirildi. Gecə Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuşdu.

Tədbiri muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açaraq şairin təkrarsız yaradıcılığından söz açdı. Bildirdi ki, Vaqif Səmədoğlu yaradıcılığı poetik sanbalına görə çağdaş poeziyamızda ayrıca bir qoldur. Onun ilk şeirləri mətbuatda dərc olunanda birmənalı qarşılanmayıb. Ancaq çox keçmir ki, şeirləri ədəbiyyat mühitində qəbul və təqdir olunur. Vaqif Səmədoğlu şeiri məzmun və formaca bütün zamanlarda yenidir”.

Gecənin aparıcıları aktyor Kamran Yunis və bədii qiraət ustası Xəzər Süleymanlının ifasında Vaqif Səmədoğlunun müxtəlif illərdə yazdığı şeirlər səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

Ev-muzeyin direktoru Nüşabə Babayeva-Vəkilovanın sözlərinə görə, “Qrammofonpoeziya gecəsi layihə kimi davam edəcək və hər ay bir şairin yaradıcılığına həsr olunacaq.

 

S.FƏRƏCOV

Mədəniyyət.-2019.- 10 iyul.- S.6.