İslam sivilizasiyası Qafqazda

 

Beynəlxalq simpoziuma 12 ölkədən alim və ekspertlər qatılıb

İyulun 11-də Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu işə başlayıb. Tədbir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilir.

İştirakçılar əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.

Açılış mərasimində Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dövlət başçısı İlham Əliyevin simpozium iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd olunur ki, etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddiqeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir.

İslam VII əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlamış və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilmişdir. Xalqımız yüz illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişlər.

Tarixən olduğu kimi, bu gün də Azərbaycanda İslam dəyərlərinin qorunmasına xüsusi əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” Beynəlxalq simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsi idi.

Müraciətdə əminlik ifadə olunur ki, “İslam sivilizasiyası Qafqazdamövzusunda ikinci simpozium maraqlı və konstruktiv müzakirələr şəraitində keçərək Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerininrolunun araşdırılmasına yeni töhfələr verəcək.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub.

Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayan C.Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb. O, nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.

Daha sonra çıxış edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCICA) baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Halit Eren qeyd edib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə Azərbaycanla bağlı olduğundan belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.

Milli Məclisin deputatı, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başlandığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Bildirib ki, ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialoqundini tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsində mühüm addımlar atılıb, dini etiqad azadlığı tam şəkildə təmin edilib. Bu gün Azərbaycan İslam mədəni irsinin qorunub saxlanmasında və dünyaya olduğu kimi çatdırılmasında önəmli məkanlardan biri kimi tanınır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edilməsi sülhə, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ilielan edilməsi haqqında sərəncamı bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesaj oldu. Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Tədbirdə daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Türkiyənin 29 Mayıs Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov çıxış ediblər.

Qeyd edək ki, simpoziuma Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir və Səudiyyə Ərəbistanından alim, tədqiqatçı və ekspertlər qatılıb.

Simpoziumda müxtəlif mövzularda panel iclasları keçirilir.

 

***

İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri” mövzusunda paneldə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri” mövzusunda məruzə ilə çıxış edib.

Paneldə, həmçinin AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev “Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti”, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu Numizmatikaepiqrafika şöbəsinin müdiri Akif Quliyev “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Lalə Bayramovaİslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi Sevda Süleymanova “Qədim orucluq ayiniSiriu-Şira kultu” və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda panel iclasında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunun müdiri Aida İsmayılova “Azərbaycanda İslam dövrü keramikası” mövzusunda məruzə ilə çıxış edib.  Təqdimatda Gəncə, Beyləqan, Qəbələ və digər rayonların ərazisindən tapılan, İslam dövrünə aid keramik qablar nümayiş etdirilib.

AMEA Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin aparıcı elmi işçisi Sehranə KasimiTürkdilli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası” mövzusunda çıxış edib.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri Əhməd NiyazovŞirvani məktəbinə xas yazı mədəniyyəti” mövzusunda təqdimat edib. O, XIX əsrdə meydana gəlmiş və İslam sivilizasiyası mədəniyyətinin bir hissəsi olan yazı mədəniyyətinə aid nümunələri nümayiş etdirib.

Daha sonra ABŞ-ın Corciya Universiteti Din kafedrasının müəllimi, dosent Alan QodlasNizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka” mövzusunda çıxış edib. O, sufilikdən təsirlənən ədəbiyyatın müasir tədqiqat problemlərini diqqətə çatdırıb, Azərbaycan şairlərinin qəzəllərində emosional müdrikliyi təcəssüm etdirən poetik obrazları vurğulayıb.

Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi Olqa RadovaQaqauz-Göyoğuz türkləri ilə Qafqaz türkləri arasında folklor əsərlərində əksini tapan münasibətlərin tariximövzusunda məruzəsini təqdim edib.

Məruzəçi Qaqauz-Göyoğuz türklərinin tarixi-coğrafi yaşayış yerləri və tarixi barədə ətraflı məlumat verib. Bugünkü Qaqauz, QafqazAnadolu türklərinin dil, folklor, adət-ənənə, milli geyim və mətbəxində ortaq mədəniyyət izlərinin olduğunu bildirib.

Digər çıxışlarda İslam memarlığı, incəsənəti və ədəbiyyatı ilə bağlı maraqlı nümunələr diqqətə çatdırılıb.

Simpozium iyulun 12-də işini davam etdirəcək.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 1;3