Timuçin Əfəndiyev “Cümhuriyyətin 100 illiyi” medalına layiq görülüb

    Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Bakı Xoreoqrafiya Akademiyasından verilən məlumata görə, yubiley medalını Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov professor Timuçin Əfəndiyevə təqdim edib.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 2.