İsveçrənin səyahət portalında Şəki haqqında məqalə

 

İsveçrənin www.travel-blog.ch səyahət portalındaŞəki Xan sarayı UNESCO-nun Dünya irs siyahısına daxil edilibadlı məqalə verilib.

Oxucuların diqqətinə çatdırılır ki, öz əsrarəngiz memarlıq üslubu ilə Şəki Xan sarayı Azərbaycanın tarixi memarlıq abidələri içərisində xüsusi yerə malikdir.

Vurğulanır ki, bu abidə Azərbaycan rəngkarlığı xalq sənətinin nadir incilərindən biridir.

Məqalədə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində qəbul edilən qərarlar bu qərarların dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs edilib.

Daha sonra Şəki şəhərinin tarixi, Xan sarayı şəhərin qədim memarlıq abidələri haqqında oxuculara ətraflı məlumat verilib, Şəki xanlarının memarlıq zövqü burada tətbiq olunmuş üslublar şəbəkə barədə bəhs edilib.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 1.