İsveçrədə azərbaycanlı pianoçuların konserti

İsveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Müsabiqədə azərbaycanlı gənc pianoçular Leyla Kazımova Rüstəm Zeynalov da iştirak edirlər.

Ölkəmizin İsveçrədəki səfirliyindən bildirilib ki, beynəlxalq yarışma çərçivəsində, həmçinin Couvet qəsəbəsinin “Temple de CouvetkilsəsindəAzərbaycanın DostlarıBirliyinin sədri Arzu Əliyeva tərəfindən azərbaycanlı pianoçuların konserti təşkil olunub.

Konsertdə pianoçular tanınmış Avropa Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə qəsəbənin ictimaiyyət nümayəndələri səfirliyin əməkdaşları iştirak ediblər.

 

Mehparə SULTANOVA

Mədəniyyət.- 2019.- 12 iyul. S. 8.