Rəssam soydaşımızın əsərləri Lüksemburqda xeyriyyə sərgisində

LüksemburqdaİnterNations Changemakersqrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Sərgidə müxtəlif xalqları təmsil edən rəssamların, heykəltəraşların əsərləri nümayiş olunub. Azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri sərgilənib maraqla qarşılanıb.

Qeyd edək ki, Aynur Qasımovanın əsərləri Lüksemburqda bundan əvvəl Xiffətdə olan qadınlarassosiasiyasının sərgisində nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 8.