Boş oturma, kitab oxu!”

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında yay tətili boyunca məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə “Boş oturma, kitab oxu!” adlı qiraət saatı keçirilib.

Kitabxana əməkdaşları mütaliənin əhəmiyyəti barədə məlumat verib.

Qeyd edək ki, ədəbiyyatımızın təbliği, eləcə də xarici ədəbiyyata maraq yaratmaq məqsədilə kitabxanada oxu və qiraət saatları yay tətili boyunca davam edəcək.

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.7.