Tanınmış fotojurnalist Hüseyn Hüseynzadə vəfat edib

 

Azərbaycan foto sənətində əvəzsiz xidmətləri olmuş tanınmış fotojurnalist Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən sonra 2019-cu il iyulun 13-də vəfat edib.

H.Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olub. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Foto sənətinəVışkaqəzetində fotojurnalist kimi başlayıb, “Kommunist”, “Pionerskaya pravda”, “Komsomolskaya pravda s. qəzetlərlə əməkdaşlıq edib. Daha sonra müstəqil fotoqraf kimi çalışıb. Neft gəldiQazma ustası Faiq Əliyevfotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgisində 1-ci dərəcəli diploma layiq görülüb. “Press Foto-62” beynəlxalq sərgisi,  Berlindəİnterpresfotosərgisinin mükafatlarını qazanıb. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixindəAzərbaycanın kulinariya ensiklopediyasıyaranıb. 60-dan çox kitab-albomun müəllifidir.

Azərbaycan Fotoqraflar Birliyi mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.6.