Aprel şəhidlərinin xatirəsi anılıb

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 2016-cı ilin Aprel döyüşlərinin şəhidləri Raquf OrucovSeymur Baxışova həsr olunmuş anım tədbiri keçirilib.

Şəhidlərimizin doğum günləri ilə əlaqədar reallaşan tədbir onların uyuduqları son mənzildə - Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksində təşkil olunub.

Yazıçı Hafiz İmamnəzərli igidlərimizin həyatı, keçdikləri şərəfli döyüş yolu haqqında məlumat verib.

Mərasimdə polkovnik-leytenant Raquf Orucov və gizir Seymur Baxışovun ailə üzvləri, döyüş yoldaşları, regional idarənin baş məsləhətçisi, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova, şəhər MKS-nin direktoru Yeganə Əhmədova çıxış ediblər.

Mərkəzi kitabxananın Uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubu üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib.

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.4.