Ümummilli liderin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbirlər keçirilib

 

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə şəhər və rayonlarda çeşidli mədəni-kütləvi tədbirlər keçirilib.

İyulun 14-də Bakıdakı Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib.  Konsert proqramında xalq artistləri Zülfiyyə Xanbabayeva, Samir Cəfərov, Mənsum İbrahimov, Ağadadaş Ağayev, GülyazGülyanaq Məmmədovalar, İlqar Muradov, Mələkxanım Əyyubova, əməkdar artistlər Fərqanə Qasımova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, tanınmış ifaçılar Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ərəstun Quliyev, həmçinin “Mirvari” rəqs ansamblı çıxış edib.

Sənətçilərin səsləndirdikləri mahnı və kompozisiyalar paytaxt sakinlərinin və şəhərin qonaqlarının alqışları ilə qarşılanıb.

 

***

 

İyulun 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli liderin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Tədbirdə kitabxananın direktoru Oruc Quliyev, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxış edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun “Heydər Əliyevin bədii obrazı təsviri sənətdə”, kulturologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun “Heydər Əliyev müasir Azərbaycanın mədəniyyət siyasətinin qurucusudur” mövzularında məruzələri dinlənilib.

 

***

 

Sumqayıtın baş meydanında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş bayram konserti təşkil olunub.

Konsertin aparıcıları 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə bütün sahələrdə yeni dövrün başladığını, böyük intibahın təməlinin qoyulduğunu vurğulayıblar. Qeyd olunub ki, respublikaya rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb.

Konsertdə şəhərin bədii özfəaliyyət kollektivləri və solistlər maraqlı proqram təqdim ediblər.

 

***

 

İsmayıllıdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ümummilli liderin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin müstəsna yerirolu var. Çıxış edənlər ulu öndərin xalq və vətən qarşısında misilsiz xidmətlərindən, ölkəmizin dünya birliyində layiqli yer tutmasından danışıblar.

Rəsmi hissədən sonra tədbir Mədəniyyət mərkəzi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.

 

***

 

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuşXalqa bağışlanan ömürmövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Reyhanə Sadıxova ulu öndərin dövlətçilik fəaliyyətindən söz açıb. Heydər Əliyevin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

***

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Ağstafa rayonunda da toplantı keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə idarənin rəisi Vüqar Qədirov, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Abdullayeva, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və başqaları çıxış ediblər. Ulu öndərin həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı film nümayiş olunub.

 

***

 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələrində - Bərdə rayon Heydər Əliyev adına park-bulvar istirahət kompleksində, Yevlax şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev parkında, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində, Tərtər və Yevlax şəhər MKS-lərdə tədbirlər təşkil olunub.

 

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.3.