İstanbulda tamaşaya qoyulanİblismükafata layiq görülüb

 

Görkəmli Azərbaycan şairidramaturqu Hüseyn Cavidinİblis” əsərinin İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində nümayiş olunan tamaşasının müəllifi – dramaturq, teatrşünas Hilmi Zafer Şahinİlin ən yaxşı dramaturqu” nominasiyası üzrə mükafata layiq görülüb.

Türkiyədə ilk dəfə səhnələşdirilən “İblis” əsərinə tanınmış aktrisa, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova quruluş verib.

Qeyd edək ki, premyerası 2019-cu il aprelin 17-də keçirilən tamaşanın baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, bəstəkarı Xalq artisti Aygün Səmədzadədir.

 

Mədəniyyət.- 2019.- 17 iyul. S. 2.