“Qızıl əllər, şən ürəklər”

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Xızı rayonunda Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Qızıl əllər, şən ürəklər” adlı tədbir keçirilib.

Heydər Əliyev parkında təşkil edilən tədbirdə Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin ifasında şən mahnılar səslənib, dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təqdim olunub. MKS-nin təqdim etdiyi kitab sərgiləri də maraqla qarşılanıb. Uşaqlar şeirlər söyləyib, musiqi sədaları altında rəqs ediblər.

 

 

Mədəniyyət.- 2019.- 17 iyul. S. 2.