“Cinema Radio” layihəsinə start verilir

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə “AzerNyuMedia” şirkəti “Cinema Radio” layihəsinin yayımına başlayır.

Hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanacaq verilişdə dünyada və yerli kino bazarında baş verən ən son yeniliklər təqdim ediləcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, veriliş bir neçə rubrikadan ibarət olacaq. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar.  Verilişin aparıcısı Yaqut Gözəlovadır. Radio layihənin tərəfdaşı “CinemaPlus” kinoteatrlar şəbəkəsidir.

 

 

Mədəniyyət.-2019.-17 iyul.-S.1

 

 

 

Mədəniyyət.- 2019.- 17 iyul. S. 2.