Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə

İyulun 16-da müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayon Tarix-diyarşünaslıq muzeyində tədbir keçirilib.

Tədbirdə çıxış edən Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb.

Tarix-diyarşünaslıq muzeyinin direktoru Sadiq Əliyev və digər çıxış edənlər ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, mədəniyyət sahəsində həyata keçirilən islahatlardan bəhs ediblər.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 4.